Navalnıya 20 il həbs istənildi


Rusiya müxalifətinin lideri Aleksey Navalnının 20 il müddətinə azadlıqdan məhrum edilməsi istənilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İvan Jdanov məlumat yayıb.
Onun sözlərinə görə, prokuror Navalnının xüsusi rejimli koloniyada cəza çəkməsini tələb edir.
Hökmün avqustun 4-ü saat elan edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Navalnı ekstremist icma yaratmaqda, ekstremizmə çağırışda, vətəndaşların hüquqlarını pozan qeyri-kommersiya təşkilatı yaratmaqda, ekstremizmi maliyyələşdirməkdə, azyaşlıları təhlükəli əməllərə cəlb etməkdə, habelə nasizmi reabilitasiya etməkdə ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top