
Litvanın Ermənistandakı konsulluğu rusiyalı futbolçulara viza verməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Championat.ru” saytı məlumat yayıb.
Məlumatda bildirilib ki, iyulun 20-də Ermənistanın “Pünik” və Estoniyanın “Narva Trans” klubları arasında Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu keçiriləcək:
“Lakin İrəvan komandasının bütün üzvləri Baltikyanı ölkəyə gedə bilməyiblər. Litvanın Ermənistandakı konsulluğu Rusiya Federasiyası vətəndaşlarına - yarımmüdafiəçi Mixail Kovalenkoya və baş məşqçinin köməkçisi Roman Monarevə Şengen vizalarını verməkdən imtina edib. Nigeriyalı hücumçu Taofik Cibril isə viza almayıb. Mixail Kovalenko Ermənistandakı çıxışı zamanı ilk dəfə deyil ki, belə problemlə üzləşir: o, ötən mövsüm analoji səbəbdən “Zalqiris”lə oyun üçün Litvaya da gedə bilməyib”.
Qeyd edək ki, “Pünik”lə “Narva Trans” arasında keçirilən ilk görüş Ermənistan klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.