Quranın yandırılmasına görə İraqda İsveç səfirliyinə od vuruldu


İyulun 19-da Stokholm polisinin icazə verdiyi Quran nüsxəsinin yandırılması ilə bağlı yeni aksiyaya etiraz edənlər İsveçin Bağdaddakı səfirliyinə soxulublar.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, etirazçılar diplomatik nümayəndəliyin binasını yandırıblar.
Agentliyin mənbəsinin sözlərinə görə, səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb. İsveçin Bağdaddakı diplomatik missiyasının nümayəndələri insidentlə bağlı şərh verməyiblər.
İraq polisi etirazçıları İsveçin Bağdaddakı səfirliyindən uzaqlaşdırmaq üçün su şırnaqlarından istifadə edib.
İraq və İsveçin xarici işlər nazirlikləri İsveçin Bağdaddakı səfirliyinə hücumu və yandırılmasını pisləyib.

Qeyd edək ki, qalmaqallı aksiya polisin icazəsi ilə iyunun 28-də Stokholmun mərkəzindəki Medborjarplatsen meydanında baş tutub. İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Quranın səhifələrini qopararaq yandırıb. Sözügedən tarixdə, həmçinin bütün dünya müsəlmanları əsas dini bayramlardan biri olan Qurban bayramını qeyd ediblər.
İyulun 19-da Stokholm polisi İraq səfirliyi qarşısında oxşar nümayişin keçirilməsi ilə bağlı müraciəti təmin edib.

DİGƏR XƏBƏRLƏR

Top