"Koronavirus təhlükə olaraq qalır" - Qebreyesus


"COVİD-19 pandemiyasının ictimai sağlamlıq üçün fövqəladə hal kimi başa çatmasına baxmayaraq, virus qlobal səhiyyə üçün təhlükə olaraq qalır".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə danışıb.
O qeyd edib ki, hələ də dünyanın müxtəlif yerlərindən yeni yoluxma və ölüm halları barədə məlumatlar var:
"İnsanlar peyvəndlə daha yaxşı qorunsalar və keçmiş infeksiyalardan immunitet qazansalar da, bu, məsuliyyətsizliyə bəhanə deyil. ÜST yüksək risk altında olan insanlara ictimai yerlərdə maskalar taxmağı, tövsiyə olunduqda gücləndirici (buster) doza almağı və qapalı məkanlarda adekvat ventilyasiya təmin etməyi tövsiyə etməyə davam edir".

DİGƏR XƏBƏRLƏR

Top