DİN və Penitensiar xidmət birgə əməliyyat keçirdi


Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb.
Bildirilir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı istintaq təcridxanasında saxlanılan Əşrəfağa Azad oğlu Əlizadənin Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinin ərazisində gizlətdiyi ümumi çəkisi 482 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top