"Bu il, məhz “Heydər Əliyev” ili çərçivəsində və Azərbaycan Respublikasında milli mətbuatın yaranmasının 148 illiyində Azərbaycan tərəfi keçmiş işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş 58 nəfər xarici media nümayəndələrinin adlarının bu siyahıdan çıxarılmasına dair qərar qəbul edib".
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə bəyanatında məlumat verilib.
Qeyd olunub ki, aşağıda adları dərc olunan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmasına qoyulan qadağa aradan qaldırılıb: