"Bavariya” yoldaşlıq görüşündə 27 qol vurdu - Video


"Bavariya" dünən yoldaşlıq oyununa çıxıb.
Yeniavaz.com
xəbər verir ki, Münxen təmsilçisi Almaniyanın 9-cu divizionunda çıxış edən komandası "Rottax-Eqern"lə qarşılaşıb.
Matç fantastik hesabla nəticələnib. "Bavariya" rəqibini 27:0 hesabı ilə darmadağın edib.
Birinci hissədə "Bavariya" 18 qol vurub. Mateyis Tel və Camal Musiala hərəyə bir penta-trik, Serj Qnabri isə het-trik edib. Leroy Sane, Dayo Upamekano, Nussair Mazraoui, Konrad Laymer və Alfonso Deyvis hərəsi bir dəfə fərqlənib.
Oyunun ikinci hissəsində Marsel Sabitzer 5, Rafael Qerreyro, Rayan Qravenberx, Kinqsli Koman və Sadio Mane isə hərəyə bir qol vurmaqla kifayətləniblər.

DİGƏR XƏBƏRLƏR

Top