
"Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqları davam etdirməyin vaxtı gəlib çatıb".
Yeniavaz.com "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada avstriyalı həmkarı Aleksandr Şallenberqlə keçirdiyi brifinqdə deyib.
O xatırladıb ki, iki ölkənin nümayəndələri artıq görüşüblər, sonra danışıqlarda fasilə yaranıb:
"Hesab edirəm ki, buna Türkiyədəki seçki kampaniyası səbəb olub, lakin indi münasibətlərin normallaşdırılması üzrə danışıqları davam etdirməyin vaxtı çatıb. Hər iki tərəf yekun və tam normallaşma yolunda olduğumuzu göstərmək üçün konkret addımlar ata bilər".
Tətbiqimizi yükləyə bilərsiniz