"Bu, Vladimir Putinin etməli olduğu seçimdir" - Ceyk Sallivan


"İyulun 17-də başa çatacaq taxıl müqaviləsi uzadılmadığı təqdirdə Rusiyanı böyük diplomatik xərclər gözləyir".
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CBS telekanalına müsahibəsində bildirib.
"Mən Vladimir Putinin nə edəcəyini təxmin edə bilmərəm. Amma Rusiyanın razılaşmadan çıxması mümkündür, bəlkə də çıxmayacaq. Əgər Rusiya hakimiyyəti taxıl müqaviləsini uzatmasa, dünyanın qalan hissəsi görəcək ki, Rusiya Afrika, Latın Amerikası və Asiya ölkələrinə lazım olan ərzaqları sərfəli qiymətlərlə təmin etməkdən imtina edib. Gələcəkdə bu, Rusiya üçün böyük diplomatik xərclərlə təhdid edir. Bu, Vladimir Putinin etməli olduğu seçimdir. ABŞ hadisələrin istənilən inkişafına hazırdır və ukraynalılarla sıx əməkdaşlıq edir".

DİGƏR XƏBƏRLƏR

Top