Netanyahu xəstəxanadan evə buraxıldı - Yenilənib


İsrailin Baş naziri Benyamin Netanyahu xəstəxanadan evə buraxılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, 73 yaşlı Baş nazirə xəstəxanada dehidratasiya diaqnozu qoyulub.
Həmçinin, Netanyahuya kardiomonitor implantasiya edilib. Lakin həkimlər vurğulayıb ki, bu, adi müayinə üçündür.

***11:14
Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu ötən axşam təcili olaraq Təl-Əvivdəki xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, İsrail Nazirlər Kabineti Netanyahunun vəziyyəti ilə bağlı məlumat yayıb.
“Bu səhər Baş nazir Benyamin Netanyahu Tel-Haşomerdəki Şeba Tibb Mərkəzində tibbi müayinələrdən keçməyə davam edib. Nəticələr normaldır, onun vəziyyəti çox yaxşıdır və bu gün gün ərzində evə buraxılmalıdır” , - məlumatda deyilir.
Nazirlər Kabinetinin həftəlik iclası iyulun 16-dan 17-nə təxirə salınıb.
Qeyd edək ki, baş nazirin özü, bir gün əvvəl günəşdə çox vaxt keçirdiyini və az su içdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top