
ABŞ-də 2023-cü ilin ilk 6 ayında 28 kütləvi qətl hadisəsi baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu, 2006-cı ildən bəri qeydə alınan qətllərin ən yüksək göstəricisidir.
Bildirilib ki, bu ilin ilk 6 ayında qeydə alınmış 28 qətl hadisəsinin 27-i odlu silahla törədilib. Qətllər nəticəsində ən azı 140 nəfər həlak olub.
ABŞ-də qeydə olunan kütləvi qətl hallarının əvvəlki antirekordu 2022-ci ilin ikinci yarısında 27 qətl hadisəsi ilə qeydə alınıb.
Məryəm Abdullazadə
Tətbiqimizi yükləyə bilərsiniz