
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə şəhər ərazisində həyata keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ərazinin zibillənməsi halları ilə bağlı keçirilən tədbirlərlə 6 nəfər vəzifəli və fiziki şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə barələrində inzibati qaydada protokol tərtib olunub
Qeyd edilib ki, bu istiqamətdə Sumqayıt şəhərində tədbirlər davam etdirilir.



Tətbiqimizi yükləyə bilərsiniz