CAR sammitdə Putinin yerinə Lavrovun gəlməsini istədi


Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafos Rusiyadan 2023-cü ilin avqustunda keçiriləcək BRİKS sammitində nümayəndə heyətinə Prezident Vladimir Putinin yerinə xarici işlər naziri Sergey Lavrovun başçılıq etməsini istəyib.
Yeniavaz.com
RBK-ya istinadən xəbər verir ki, bu barədə CAR-ın vitse-prezidenti Pol Maşatil yerli "Mail & Guardian" qəzetinə bildirib.
"Biz Roma Nizamnaməsi ilə bağlı olduğumuzu başa düşürük, lakin kimisə dəvət edib, sonra onu həbs edə bilmərik. O [Putin] gəlməsəydi, biz şad olardıq", - Maşatil bildirib.
Nəşr yazır ki, əvvəllər Cənubi Afrika hakimiyyəti Rusiya nümayəndə heyətinin sammitdə iştirakı üçün üç variant təklif etmişdi. Birinciyə görə, Rusiya nümayəndə heyətini Rusiya Xarici İşlər Nazirliyi təmsil edəcək, ikinciyə görə, Putin görüşdə onlayn iştirak edəcək, üçüncüyə görə, Çindən iclasa ev sahibliyi etmək istəniləcək.
Maşatilin sözlərinə görə, Hindistan və Braziliya sammitin Çinə keçirilməsinə qarşı çıxıb. Vitse-prezident əlavə edib ki, Putinin görüşdə iştirakı ilə bağlı danışıqlar davam edir.
Xatırladaq ki, martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

DİGƏR XƏBƏRLƏR

Top