Qubad İbadoğlunun müşavirinin həbs olunduğu deyilir


Azərbaycan Demokratiya və Rifah Partiyasının sədr müşaviri, İdarə Heyətinin üzvü Hüseyn Məlik saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ADR Partiyasının sədri Qubad İbadoğlu məlumat yayıb.
"ADR Partiyasının sədr müşaviri, İdarə Heyətinin üzvü Hüseyn Məlik bu gün  səhər saatlarında 3-cü  mikrorayon  dairəsi  yaxınlığında naməlum şəxslər tərəfindən saxlanılıb. Hüseyn bəyin hara aparılması barədə məlumatı dəqiqləşdirməyə çalışırıq. Saxlanmanın səbəbi və motivi də məlum deyil", - sədr bildirib.
Qeyd edək ki, "Turan"nın məlumatına görə, Hüseyn Məlik 20 sutka inzibati həbs cəzasına məhkum edilib.
Nəşr bildirir ki, İbadoğlu həbsi Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevin məhkəmə prosesin keçirildiyi Bakı Apellyasiya Məhkəməsinin qarşısında Məlikin jurnalistlərə müsahibəsilə əlaqələndirir.
İddia olunur ki, Hüseyn Məlik Salayevin 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxladığına görə hakimiyyəti kəskin tənqid edib.
Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top