"Müstəqil məhkəmə sistemi sahibkarlıq fəaliyyətini stimullaşdırır"


"Bazar iqtisadiyyatında dayanıqlı inkişaf üçün davamlı investisiya yatırımları tələb olunur. Sahibkarlar isə siyasi stabil və sərmayələrinin yüksək səviyyədə qorunduğu ölkələrə yatırımlar edirlər".
Yeniavaz.com
 xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla görüşdə deyib.
"İnvestisiyanın qorunmasında isə ölkədə müstəqil və ədalətli məhkəmə sistemi tələb olunur. Dünyada olan təcrübə göstərir ki, müstəqil və qərəzsiz məhkəmə sistemi, həmçinin ölkədə kiçik və orta sahibkarlığın sürətli inkişafında və böyük bizneslərin formalaşmasında önəmli rola malikdir. Belə ki, müstəqil və səmərəli məhkəmə sistemi ölkəyə həm daxildən, həm də xaricdən investisiyalar cəlb edilməsinə zəmin yaradır və ölkədə sahibkarlıq fəaliyyətini stimullaşdırır. Məhz bu səbəbdən də Azərbaycanda məhkəmə islahatları daim dövlətin diqqət mərkəzində olub", i.Kərimov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top