
"Ukrayna öz təhlükəsizliyini təmin etmək hüququna malikdir, lakin bu, Rusiyanın təhlükəsizliyini pisləşdirməməlidir".
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Pavel Zarubinə müsahibəsində deyib.
Putinin sözlərinə görə, istənilən ölkənin təhlükəsizliyinə nail olmaq üçün özü üçün düzgün hesab etdiyi yolu seçmək hüququ var:
"Yalnız bir məhdudiyyət var. Bu onunla bağlıdır ki, bir ölkənin təhlükəsizliyinə nail olunarkən, digər ölkə üçün təhlükə olmamalıdır. Ona görə də biz müxtəlif beynəlxalq sənədlərdə dəfələrlə bəyan edilmiş bu prinsipin nəzərə alınacağını nəzərdə tuturuq".
Tətbiqimizi yükləyə bilərsiniz