"Xankəndi restoranından olan videoda bunun əksi görünür" - Mirzoyana cavab


"Ermənistanın XİN rəhbərinin paylaşımı riyakarlıqdan başqa bir şey deyil".
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirərkən qeyd edib.
"Birincisi, yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə iki azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən öldüyünü təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil.
İkincisi, Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərir və ümumiyyətlə bunun bu hadisə ilə heç bir əlaqəsi yoxdur.
Üçünçüsü, Ermənistan xarici işlər naziri, yəqin ki, Laçın sərhəd-buraxılış məntəqəsini qeyd etməklə, guya Qarabağda ərzaq qıtlığı varmış kimi yanıltmağa çalışır. Amma Xankəndi restoranından olan videoda bunun əksi görünür", - Hacıyev vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top