Naxçıvanda tikilən yeni məktəb binası sökülüb - Tam yararsız imiş...


"Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Hacıvar kənd tam orta məktəbi yeni inşa olunmasına baxmayaraq, layihəsi tamamilə yararsızdır, texniki-tikinti normaları kobud şəkildə pozulub".
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində yaşayış kompleksinin istifadəyə verilməsi zamanı sakinlərlə deyib.
Bu səbəbdən də binanın sökülüdüyünü bildirən səlahiyyətli nümayəndə Hacıvar kənd tam orta məktəbinin müasir üslubda yenidən inşa olunacağını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top