
Türkiyənin NATO Parlament Assambleyasındakı (NATO PA) Nümayəndəliyi iyulun 11-də 28-ci Qanunvericilik Dövrünün Birinci Mərhələsi üçün keçiriləcək sədr seçkilərinin gündəliyi ilə toplanıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, İstanbul millət vəkili İlhan Kesicinin sədrliyi ilə keçirilən iclasda 18 nümayəndə heyətinin 15-i iştirak edib.
AKP (Ədalət və İnkişaf Partiyası) və MHP (Milliyətçi Hərəkat Partiyası) üzvlərinin təklifi ilə sədrliyə namizədliyi irəli sürülən Antalya millət vəkili Mövlud Çavuşoğlu komissiya üzvlərinin ümumi sayının mütləq əksəriyyətinin səsini alaraq NATO PA Türkiyə Nümayəndəliyinin sədri seçilib.
Tətbiqimizi yükləyə bilərsiniz