Bu ölkədə siqaretin satışı, istehsalı və idxalı qadağan edildi


İyulun 11-dən Ukraynada siqaret, tütün və elektron mayelərin satışı, istehsalı və idxalını qadağan edən qanun qüvvəyə minir.
Yeniavaz.com strana.ua-ya istinadən xəbər verir ki, Ukraynada 2021-ci ilin dekabrında qəbul edilmiş qanunla nəzərdə tutulan adi və elektron siqaretlərin satışına qoyulan qadağaların yeni hissəsi çərşənbə axşamı qüvvəyə minir.
"İyulun 11-dən siqaret, tütün məmulatları və ətirli elektron mayelərin istehsalı, idxalı və ticarəti qadağan ediləcək", - nəşrdə deyilir.
Bununla yanaşı, siqaret məhsullarının təsvirləri və ya onların istifadəsi prosesinin əks olunacağı reklamlara məhdudiyyət qoyulacaq.

DİGƏR XƏBƏRLƏR

Top