
28 yaşlı Sumqayıt sakini Orucova Səmiyyə Mahir qızı beyin xərçəngindən əziyyət çəkir.
Bu barədə Yeniavaz.com-a onun anası Maya Orucova məlumat verib.
M.Orucova bildirib ki, qızı 9 saat əməliyyatda olub:
“Tomoqrafiyadan sonra bildik ki, həmin ocaqda şiş əmələ gəlib. Bu dəfəki şiş pisdir. Həkim onu əməliyyata götürmür. Deyir ki, şişin həcmi böyükdür, balacalaşdırmaq lazımdır. Müalicəyə də 2 min manat pul lazımdır. Onun 1400 manatını toplaya bilmişik. Bir qızım da imkansızlıqdan, elə bu xəstəlikdən 37 yaşında rəhmətə getdi. 4 uşağı da yetim qalıb. Səmiyyənin atası da rəhmətə gedib. Kirayədə qalırıq”.
Maya Orucova qızının müalicəsi və sağlamlığına qovuşması üçün insanlardan yardım istəyir.
Telefon: 070 315 26 02 (Maya Orucova)
Kapital Bank: 4169 7377 0642 9392










Əliş Abdulla
Tətbiqimizi yükləyə bilərsiniz