
Fransa Ermənistana yeni səfir təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilib ki, iyulun 21-dən diplomatik missiyaya xarici işlər üzrə müşavir Olivier Dekotini rəhbərlik edəcək.
Ermənistanın Fransadakı fəxri konsulu Denis Corkaeff də bu barədə öz mikrobloqunda yazıb.
O. Dekotini 2021-ci ilin avqustundan Yerevanda səfir vəzifəsini icra edən Ann Luyonu əvəz edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz