Mingəçevirdə təmizlik aksiyası keçirilib – Fotolar


Mingəçevir Su Anbarı hövzəsində yerləşən çimərliklərdə təmizlik aksiyası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü və Mingəçevir Şəhər İcra Hakimiyyətinin tərəfdaşlığı ilə keçirilən aksiya zamanı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsin kollektivi şəhərin bir sıra təsərrüfat müəssiələrini də iməclik prosesinə cəlb edib.
O cümlədən Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, həmçinin digər təsərrüfat müəssiələrinin əməkdaşları canlı və texnika ilə çimərlik ərazisində qalaqlanmış bərk tullantıların toplanaraq daşınmasını təmin edib.
8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidovun verdiyi məlumata görə, tədbir “Təmiz ölkəm” devizi altında gerçəkləşən təmizlik akziyası çərçivəsində həyata keçirilir.
Əsas məqsəd insanların mövsümə uyğun olaraq ən sıx şəkildə istirahət etdiyi çimərlik ərazisində bərk tullantıları topalayaraq ətraf mühitin qorunmasına töhfə vermək və insanların bu cür önəmli məsələlərdə vətəndaş məsuliyyətinin artırılmasına nail olmaqdır.







Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top