
Mingəçevirdə səyyar qəbul keçirilib.
Yeniavaz.com xəbər verir ki, mövcud qrafikə əsasən növbəti səyyar görüş şəhərin Maqomayev 73 ünvanında keçirilib.
Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, müavinləri, Aparatın şöbə müdirləri, ŞPŞ rəisi, təhsil sektoru və şəhər üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Çıxış edən icra baçısı İlham İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsindən, eləcə də şəhərdə görülən işlərdən, əldə edilən uğurlardan, həmçinin şəhərin yaşıllıqlarının qorunması məqsədi ilə çəkilən suvarma sistemindən və digər həlli istiqamətində qarşıda duran vəzifələrdən söz açıb.
Sonra sakinlərin müraciətləri dinlənilib. Şəhər sakinlərinin bir qismi şəhərdə bu günə qədər görülən işlərə razılıq bildirib, digər qismi isə işsizliklə baglı və başqa şəxsi problemləri diqqətə çatdırıblar.
Qaldırılan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.



Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz