Fransadakı etirazlarda 27 yaşlı şəxs rezin güllə ilə öldürüldü


Marselin cənubunda iyulun 1-dən 2-nə keçən gecə etiraz aksiyaları zamanı 27 yaşlı gənc sinəsinə rezin güllə dəyməsi nəticəsində dünyasını dəyişib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Marsel Prokurorluğu hadisə ilə bağlı araşdırma başladıb.
Prokurorluğun açıqlamasında bildirilir ki, 27 yaşlı gəncin döş qəfəsinə rezin güllə dəyməsi nəticəsində dünyasını dəyişdiyi hadisənin baş verdiyi yer hələ tam müəyyən edilməyib.
Həmin gecə rayonda nümayişlər və talanlar olsa da, mərhumun bu aksiyalarda iştirak edib-etmədiyi bəlli deyil.
Qeyd edək ki, Fransa polisi iyunun 27-də Nanter qəsəbəsində 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücünü öldürüb.
Yeniyetmənin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə toqquşublar.
Gənci qətlə yetirən polis əməkdaşının fəaliyyətinə xitam verilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, Paris, Marsel və Lion kimi bir çox şəhərdə keçirilən etiraz aksiyalarında soyğunçuluq və talançılıq yaşanıb, yerli vaxtala saat 21:00-dan etibarən 10 şəhərdə komendant saatı elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top