
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbələrində əməliyyat keçirilib.
Yeniavaz.com xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti "Report"un sorğusuna cavab olaraq məlumatları təsdiqləyib.
***16:02
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli KİV-də məlumat yayılıb.
Bildirilir ki, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən fakt təsdiq edilib.
Bildirilib ki, ətraflı məlumat veriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz