"Hərbi insidentlər danışıqlar üçün əlverişli deyil" - ABŞ-ın Ermənistandakı səfiri


"ABŞ Ermənistanla Azərbaycan arasında danışıqları dəstəkləməkdə davam edəcək".
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien ölkənin İctimai Telekanalına müsahibəsində bildirib.
Kvien bildirib ki, məqsəd regionda hamıya davamlı və ədalətli sülh gətirəcək nəticə əldə etməyə çalışmaqdır:
"Birləşmiş Ştatlar tərəflər arasında uzun müddətdir davam edən qarşıdurmanın hərbi həll yolu olmadığını açıq şəkildə bildirib. Biz hərbi insidentlərin danışıqlar üçün əlverişli olmadığını vurğulayırıq. Bütün tərəfləri fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çağırırıq. Bölgənin problemlərinin həlli yolu davamlı sülhdən keçir".

DİGƏR XƏBƏRLƏR

Top