
İsrail bu təyyarələrdən üçüncü eskadrilya yaratmaq və onların ümumi donanmasını 75-ə çatdırmaq üçün ABŞ-dan daha 25 F-35 qırıcısı almağa qərar verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İsrail Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələri F-35 təyyarələrinin üçüncü eskadrilyasını alacaq. Müdafiə Nazirliyi ABŞ hökumətindən “Lockheed Martin” şirkətinin istehsalı olan ümumilikdə 25 ədəd F-35 təyyarəsi alacaq. Bu satınalma İsrail Hərbi Hava Qüvvələri tərəfindən idarə olunan bu təyyarələrin parkını 75-ə qədər genişləndirəcək”, - məlumatda bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz