
Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri "Laçın" sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə maneəsiz şəkildə keçiblər.
Yeniavaz.com "Report" istinadən xəbər verir ki, videogörüntülərdə erməniəsilli şəxslərin sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə keçid etmələri əksini tapıb.
Belə ki, "Laçın" sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər.
Yoxlama proseduru qarşılıqlı anlaşma şəraitində aparılır.
Görüntüləri təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz