
“Rusiya taxıl sövdələşməsi dayandırılacağı təqdirdə kasıb ölkələrə öz hesabına və lazımi miqdarda taxıl tədarükünü təmin edəcək”.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bunu onlayn brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Qara dəniz təşəbbüsünün dayandırılması halında, biz öz vəsaitimiz hesabına ən yoxsul ölkələrə müqayisə olunan və ya daha böyük taxıl partiyasının tədarükünü pulsuz təmin edəcəyik”, - o bildirib.
O, əlavə edib ki, Rusiya hazırda taxıl müqaviləsinin uzadılmasının lehinə heç bir arqument görmür:
“Bu Qara dəniz təşəbbüsünü davam etdirmək istəyənlərin hansı arqumentləri olduğunu görmürəm, çünki dediyim kimi, Ukrayna taxılı baxımından o, çoxdan kommersiya xarakteri daşıyır”.
Tətbiqimizi yükləyə bilərsiniz