Fransada həbs edilənlərin sayı 700-ə çatır – Yenilənib


Fransada yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif bölgələrində başlayan etirazlardan sonra saxlanılanların sayı 700 nəfərə çatır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin Tvitter hesabında yazıb.
“Dünən gecə polisimiz, jandarmımız və yanğınsöndürənlərimiz cəsarətlə nadir zorakılıqla üzləşdilər. Mənim qəti göstərişimə uyğun olaraq 667 nəfəri həbs ediblər”, - paylaşımda bildirilib.
***10:21

Fransada etirazların üçüncü gecəsində əksəriyyəti 14-18 yaşlı olmaqla 421 nəfər saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Le Figaro” Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Ötən gün Fransa polisi bildirib ki, zabitlər Marsel, Lion, Pau, Tuluza və Lilldə yeni insidentlərlə üzləşiblər. Fransanın ikinci böyük şəhəri Marseldə gənclərlə toqquşma zamanı polis gözyaşardıcı qazdan istifadə edib.
Xatırladaq ki, internetdə polis əməkdaşlarının yol hərəkəti qaydalarını pozduğuna görə 17 yaşlı oğlanı saxlaması, bundan sonra onlardan birinin yeniyetməyə atəş açması ilə bağlı video yayılıb. Hadisə Parisin ən böyük şəhəryanı ərazisi olan Nanterdə baş verib. Polis bildirib ki, yeniyetmə onlara müqavimət göstərib, ona görə də onlar silahdan istifadə ediblər, lakin videoda hadisə fərqli görünüb. Bundan sonra iyunun 28-nə keçən gecə Parisətrafı qəsəbələrdə iğtişaşlar başlayıb. Etirazçılar avtomobilləri, bələdiyyə binalarını, məktəbləri yandırıblar.
Bundan əvvəl daxili işlər naziri Gerald Darmanin öz Tvitter səhifəsində çərşənbə günündən cümə axşamına keçən gecəyə qədər 150 ​​nəfərin həbs edildiyini yazıb.
Fransa polisinin rəsmi məlumatına görə, ötən il ölkədə 13 nəfər, 2021-ci ildə 7 nəfər polisin göstərişi ilə dayanmaqdan imtina etdiyi üçün ölüb. Bəziləri polisin gülləsinə tuş gəldiyi üçün, bəziləri isə qaçarkən qəza törətdiyi üçün dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top