AzTV-nin əməkdaşı Fransada hücuma məruz qaldıqlarını deyir - Video


“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC Fransada çəkiliş aparan əməkdaşlarına hücum olunduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Televiziyasının sosial şəbəkə hesabında məlumat yayılıb.
AzTV-nin yaydığı kadrlarda hücuma məruz qaldığı deyilən əməkdaş hadisəni təsvir edib.
O bildirib ki, tanımadığı şəxslər tərəfindən hücuma məruz qalıblar.
Media oranı Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edib.
Qeyd edək ki, iyunun 27-də Parisin Nanter qəsəbəsində 17 yaşlı sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarda və qırğınlarda iştirak etdiklərinə görə bu gecə Fransada yüz əlli nəfər saxlanılıb, 24 polis yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top