İranın hüquq-mühafizə qüvvələrinin baş komandanı Moskvaya gedib


İranın hüquq-mühafizə qüvvələrinin baş komandanı Sərdar Əhmədrza Radan iki günlük səfərlə Moskvaya gedib.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, Sərdar Əhmədrzanın Rusiya paytaxtında Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Rusiya güc strukturlarının digər nümayəndələri ilə görüşü planlaşdırılır. 
Məlumatda bildirilir ki, səfər çərçivəsində Sərdar Əhmədrza Rusiya Qvardiyasının müxtəlif bölmələrinə, Moskva Polisinin Baş İdarəsinə və Polis Muzeyinə də baş çəkəcək. 

DİGƏR XƏBƏRLƏR

Top