
Rusiyanın müdafiə naziri “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə görüntülənib.
Yeniavaz.com xəbər verir ki, o, xüsusi əməliyyat zonasında “Qərb” qoşun qrupunun irəli komanda məntəqəsini yoxlayıb.
Qeyd edək ki, iyunun 24-də “Vaqner” özəl hərbi şirkəti Rusiyada silahlı qiyama cəhd edib. Şirkətin rəhbəri Yevgeni priqojin mübarizəsinin S.Şoyqu və Rusiya SQ-nin Baş qərargah rəisi Valeri Gerasimova qarşı olduğunu bildirib. Bundan sonra S. Şoyqu barədə heç bir məlumat olmayıb. Onun istefaya göndəriləcəyi iddia edilir.
Tətbiqimizi yükləyə bilərsiniz