
“Bazar gününə keçən gecə Rostov-na-Donu ərazisini “Vaqner” PMC-nin avadanlığı, eləcə də döyüşçüləri olan bir kolon tərk etdi”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev öz Teleqram kanalında bildirib.
Onun sözlərinə görə, kolon şəhəri tərk edərək səhra düşərgələrinə yollanıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işinə xitam veriləcəyini bildirib.
“O (Priqojin) özü Belarusa gedəcək”, - Kremlin sözçüsü deyib.
“Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin Priqojinin Rusiyanı tərk edərək Belarusa gedə biləcəyinə zəmanət verir”, - Peskov əlavə edib.
“Priqojinin Belarusa gedə biləcəyinə hansı zəmanəti verəcəyini soruşsanız, bu, Rusiya prezidentinin sözüdür”, - mətbuat katibi vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz