Voronejdə neft bazası yanır - Video


Voronejdə neft bazasında güclü yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev sosial şəbəkə hesabında məlumat yayıb.
Qusevin sözlərinə görə, ilkin məlumatlara görə, xəsarət alan olmayıb:
"Voronej vilayətində neft bazasında baş verən yanğın zamanı neft məhsulları - aviasiya yanacağı olan iki çənin təzyiqsizləşdirilməsi baş verib".
Kütləvi informasiya vasitələri yerli sakinlər tərəfindən çəkilmiş foto və videoları dərc edir.
Qeyri-rəsmi məlumatlara görə Voronej vilayəti ərazisində "Vaqner" qrupunun bölmələri ilə hökumət qüvvələri arasında silahlı toqquşmalar gedir.

DİGƏR XƏBƏRLƏR

Top