Fransadakı səfirliyimizə hücum edən şəxs şərti həbs edildi


Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxs 6 ay şərti həbs qərarı verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Tvitter hesabında paylaşım edib.
“Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxs 6 ay şərti həbs və dəymiş ziyanın ödənilməsinə məhkum edilib. Ədalətin bərqərar olmasına sevinir, təcavüzü pisləyirik”, - paylaşımda bildirilib.
Xatırladaq ki, ötən il sentyabrın 18-də ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər. Onlar səfirliyin binası qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıblar.

DİGƏR XƏBƏRLƏR

Top