Vətən müharibəsi iştirakçısı vəfat etdi


Göygöl şəhər sakini, Vətən müharibəsi iştirakçısı Mehdiyev Rəşad Rəşid oğlu dünən gecə vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları məlumat yayıb.
26 yaşlı Rəşadın beyninə qan sızması nəticəsində dünyasını dəyişdiyi bildirilir.
O, Aprel döyüşlərində əsgər kimi xidmət etmiş, Lələtəpə yüksəkliyinin qaytarılmasında iştirak edib.
Həmçinin, Mehdiyev Vətən müharibəsində orduya könüllü yazılıb və döyüşlərdə iştirak edib.
"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top