Polisin yaşlı qadının üzünə qaz sıxması müzakirələrə səbəb oldu - Video


Xəbər verdiyimiz kimi, Gədəbəyin Söyüdlü kəndində polislərlə vətəndaşlar arasında insident yaşanıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə yerindən yeni görüntülər yayılıb.
Yayılan görüntülərdə polis əməkdaşlarından birinin ərazini tərk edən yaşlı qadının üzünə gözyaşardıcı qaz sıxdığı müşahidə olunur. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 
Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, sosial şəbəkələrdə daha öncə Gədəbəy rayonunun Söyüdlü kəndində vətəndaşlarla polis əməkdaşları arasında insidentin yaşandığını əks etdirən kadrlar yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a məsələ ilə bağlı verilən açıqlamada bildirilib ki, bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib. Polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top