
Sosial şəbəkələrdə Gədəbəy rayonunun Söyüdlü kəndində vətəndaşlarla polis əməkdaşları arasında insidentin yaşandığını əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, kadrlarda əraziyə xeyli sayda vətəndaşın toplaşdığı, polis əməkdaşlarının gözyaşardıcı qazdan istifadə etdiyi müşahidə olunur, atəş səsləri eşidilir.
Sözügedən kadrları təqdim edirik:
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a məsələ ilə bağlı açıqlama verilib.
Bildirilib ki, bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.
“Polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb. Araşdırma aparılır”, - məlumatda deyilir.