Qazi icra hakimiyyətinin qarşısında özünü yandırdı


Qarabağ müharibəsi iştirakçısı, 1993-cü il təvəllüdlü Tağıyev İlkin Həmid oğlunun Naftalan Şəhər İcra Hakimiyyətinin inzibati binası önündə özünü yandırdığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Onun icra hakimiyətində qəbul zamanı rəsmi qurumlardan narazılığa görə özünü yandırdığı bildirilir.
Onun vəziyyətinin ağır olduğundan Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi deyilir. Müharibədə artilleriya kəşfiyyatçısı olan qazının bədəni 30% yanıb. Hadisənin səbəbi barədə məlumat verilmir.
Məlumata görə, İ.Tağıyev ailəlidir, iki azyaşlı övladı var.
Baş Prokurorluğun Mətbuat xidmətindən məsələ ilə bağlı bildirilib ki, iyunun 20-də Vətən müharibəsi iştirakçısı 1993-cu il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top