
Bakıda çantasında 23 min ABŞ dolları olan qadına qarşı oğurluq edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 19-da Ö.F.Nemanzadə küçəsində Bakı şəhər sakini olan bir qadının içərisində 80 manat, 23.500 ABŞ dolları və sənəd olan cüzdanını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Xəyyam Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz