
İyunun 18-də turistləri "Titanik"in qəzaya uğradığı yerə daşıyan sualtı qayıqla əlaqə itib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, kiçik sualtı qayıqla əlaqə dalışdan təxminən bir saat 45 dəqiqə sonra kəsilib.
"OceanGate tur" şirkəti qayıqda olan beş nəfəri xilas etmək üçün bütün variantların araşdırıldığını bildirib.
Məlumata görə, gəminin qalıqlarını ziyarət etmək üçün bir neçə günlük səfər on minlərlə dollara başa gəlir.
Xatırladaq ki, dövrünün ən böyük gəmisi olan "Titanik" 1912-ci ildə İngiltərənin Sauthempton şəhərindən ABŞ-ın Nyu-York şəhərinə ilk səfəri zamanı aysberqlə toqquşaraq batıb.
Gəmidə olan 2200 sərnişin və ekipaj üzvlərindən ən azı 1500-ü həlak olub.
Tətbiqimizi yükləyə bilərsiniz