
Türkiyənin məşhur futbol mütəxəssisi Sergen Yalçının “Neftçi” klubunun yeni baş məşqçisi olacağı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CBC Sport” məlumat yayıb.
Bildirilib ki, Xorxe Jezusun gedişindən sonra “Fənərbağça” ilə adı hallanan məşqçi yeni mövsümdə Azərbaycanda olacaq.
Rəsmi məlumatın yaxın vaxtlarda açıqlanacağı deyilib.
S.Yalçının Bakı klubunu çalışdıracağı ilə bağlı xəbərlər Türkiyə mətbuatında da geniş tirajlanıb.
Qeyd edək ki, 2021-2022 mövsümündə Türkiyənin “Beşiktaş” klubu Sergen Yalçının rəhbərliyi altında ölkə çempion olub.
Tətbiqimizi yükləyə bilərsiniz