Ruhaniyə qarşı 700 min şikayətin olduğu işlər məhkəməyə göndərildi


İranın keçmiş Prezidenti Həsən Ruhaniyə qarşı məhkəmədə iddia irəli sürülüb.
Yeniavaz.com
İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İslam Şurası Məclisinin (parlament) üzvü Nəsrulla Peymanfar məlumat verib.
O bildirib ki, keçmiş prezidentə qarşı 700 min ictimai şikayətin olduğu iki iş (birja problemləri və valyuta müdaxilələri ilə bağlı şikayətlər) prokurorluğa göndərilib.
“Ədliyyə orqanının rəhbərindən xahişimiz ondan ibarətdir ki, bu iki şikayətin neçə ildən bəri məhkəmə orqanlarına göndərildiyini nəzərə alaraq, bu işlərə tez bir zamanda baxılsın”, - deyə Nəsrullah Peymanfar bildirib.
Xatırladaq ki, H.Ruhani 2013-2021-ci illərdə İranın Prezidenti vəzifəsini icra edib.

DİGƏR XƏBƏRLƏR

Top