Meksikada 6,3 bal gücündə zəlzələ olub


Meksikanın cənubunda yerləşən Aşağı Kaliforniya yarımadasında 6,3 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, 6,3 bal gücündə zəlzələnin episentri turistik Kabo San Lukas bölgəsindən 131 kilometr şərqdə olub.
İlkin məlumatlara görə, 10 kilometr dərinlikdə baş verən zəlzələdə insan itkisi qeydə alınmayıb.
Həmçinin zəlzələdən sonra əhaliyə sunami xəbərdarlığı verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top