Vahid Məhərrəmli AXCP və Milli Şuradan istefa verdi


Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Azərbaycan Xalq Cəbhəsi Partiyasını tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, özünün Feysbuk hesabında yazıb.
“Əziz dostlar, bu gündən AXCP və Milli Şura üzvlüyündən istefa verirəm. Heç şübhəsiz ki, bu gündən sonra da ölkədə baş verən haqsızlığa, ədalətsizliyə qarşı  mübarizəmi davam etdirəcəm”, - o bildirib.
O, Meydan TV-yə istefasının partiya daxili məsələ olduğunu deyib:
“Mənə AXCP və Milli Şura üzvü olmağımla bağlı hakimiyyətdən hər hansı təzyiq olmayıb. Yəni istefam kənar təsirlərlə bağlı deyil, partiyadaxili məsələdir”.
Vahid Məhərrəmli 2015-ci ildən AXCP üzvüdür.

DİGƏR XƏBƏRLƏR

Top