
Hindistanda isti hava 98 nəfərin ölümünə səbəb olub.
Yeniavaz.com “Hindustan Times”a istinadla xəbər verir ki, qızmar istilər nəticəsində Uttar Pradeş əyalətində 54, Bihar əyalətində isə 44 nəfər ölüb.
Uttar-Pradeş əyalətinin rəhbərliyindən verilən açıqlamaya görə, ölənlərlə bağlı araşdırmalara başlanılıb.
Hər iki əyalətdə havanın temperaturu 45 dərəcəyə çatıb.
Bihar əyalətinin paytaxtı Patnada bütün məktəblərin iyunun 24-dək bağlandığı açıqlanıb.
Tətbiqimizi yükləyə bilərsiniz