Makrona qarşı sui-qəsddə şübhəli bilinən şəxs həbs edilib


Fransa Prezidenti Emmanuel Makrona qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinən şəxsi həbs ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Bildirilir ki, Makronla bağlı insident 2023-cü il aprelin 27-də Fransa liderinin 1791-1804-cü illər Haiti inqilabının liderinin xatirəsinə həsr olunan mərasimdə iştirak edərkən baş verib. 
Həmin vaxt pensiya islahatlarına qarşı etiraz aksiyasının iştirakçıları dövlət başçısının yolda olduğu Şato de Jou qəsri yaxınlığında toplaşıblar. 
Onlar təhlükəsizlik zəncirini qırmağa çalışıblar, nəticədə jandarmlar gözyaşardıcı qazdan istifadə ediblər. Helikopter yenicə havaya qalxan zaman nümayişçilərdən biri ona qaz qumbarası atıb.
Məlum olub ki, “solçu” fəal, 20 yaşlı dülgər prezidentin hava nəqliyyatına tüstü qumbarası atıb.
Həbs edilən şəxs əməlini inkar etməyib. O, bu yolla dövlət başçısının siyasəti ilə razılaşmadığını bildirmək istədiyini etiraf edib.

DİGƏR XƏBƏRLƏR

Top