
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışıqları aparması barədə məlumat verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri özünün “Twitter” səhifəsində bildirib.
“Türkiyəli həmkarım Hakan Fidanla telefon danışığım olub. Biz ölkələrimizi birləşdirən mükəmməl əməkdaşlığı və strateji tərəfdaşlığı vurğuladıq və Gürcüstan ilə Türkiyə arasında münasibətlərin daha da dərinləşməsinə sadiq olduğumuzu bildirdik. Biz həmçinin regionda və onun hüdudlarından kənarda sülhün bərqərar olmasının vacibliyini vurğuladıq”, - deyə Gürcüstan XİN başçısı qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz